...

2 aprel məhbuslarından biri azad edildi

Cəmiyyət Materials 15 May 2012 19:29 (UTC +04:00)
"İctimai Palata" adlandırılan qurumun ötən il aprel ayının 2-də keçirdiyi icazəsiz aksiyada həbs olunan Elnur Məcidli mayın 15-də Xəzər rayon məhkəməsinin qərarı ilə cəzasının qalan hissəsini çəkmədən vaxtından əvvəl şərti azad olunub.
2 aprel məhbuslarından biri azad edildi

Azərbaycan, Bakı, 16 may / Trend müxbir K.Zərbalıyeva/

"İctimai Palata" adlandırılan qurumun ötən il aprel ayının 2-də keçirdiyi icazəsiz aksiyada həbs olunan Elnur Məcidli mayın 15-də Xəzər rayon məhkəməsinin qərarı ilə cəzasının qalan hissəsini çəkmədən vaxtından əvvəl şərti azad olunub. Bu barədə çərşənbə axşamı Trend-ə 17 saylı cəzaçəkmə müəssisəsindən məlumat verilib.

Qeyd edək ki, ötən il Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham olunan Məcidli 2 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Məcidli əfv olunması üçün Prezidentə də müraciət edib. O, əfv ərizəsində törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, cinayət əməlini dərk etdiyini etiraf edir.

"Bildirirəm ki, yaşlı və qoca atam və anam vardır və mən daima mənafeyimi və dövlətçiliyimizi üstün tutmuşam. Və gələcəkdə, azadlığa qovuşduqdan sonra belə cinayət əməllərinə yol verməyəcəm. Ona görə də xahiş edirəm ki, Sizə verilən müstəsna səlahiyyətdən istifadə edərək, azadlığa buraxılmağıma kömək edəsiniz. Sizə qabaqcadan öz adımdan və ailə üzvlərim adından təşəkkür edirəm", - əfv ərizəsində deyilir.

Xəbər lenti

Xəbər lenti