...

TQDK abituriyentlərə xəbərdarlıq edir

Cəmiyyət Materials 16 May 2012 11:41 (UTC +04:00)
2012/2013-cü tədris ili üçün ali təhsil müəssiələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün internetlə ərizə qəbulu bu gün saat 00:00-da başa çatır.
TQDK abituriyentlərə xəbərdarlıq edir

Azərbaycan, Bakı, 16 may / Trend müxbir İ.İsabalayeva/

2012/2013-cü tədris ili üçün ali təhsil müəssiələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün internetlə ərizə qəbulu bu gün saat 00:00-da başa çatır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, bu gün saat 11:30-a olan məlumata əsasən, 103 934 abituriyent internetlə "Elektron ərizə" doldurub. Lakin onlardan yalnız 98 741 nəfəri ərizəsini Sənəd Qəbulu Komissiyasında (SQK) təsdiq etdirib.

Bununla əlaqədar TQDK abituriyentlərin nəzərinə çatdırır ki, "Elektron ərizə"sini müvafiq SQK-da təsdiq etdirməmiş abituriyentlər mayın 18-i saat 17:00-dək tələb olunan sənədləri təqdim etməklə ərizələrini mütləq təsdiq etdirməlidirlər. Əks halda, həmin abituriyentlər qəbul imtahanlarında iştirak edə bilməyəcəklər.

Xəbər lenti

Xəbər lenti