...

Azərbaycan Mətbuat Şurasının sədri "Sərhədsiz Reportyorlar" Təşkilatının təmsilçisi ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 18 May 2012 17:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 may /Trend/

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov "Sərhədsiz Reportyorlar" Təşkilatı İdarə Heyətinin mədəniyyət üzrə məsul təmsilçisi İngo Petzlə görüşüb.

Şuradan cümə günü Trend-ə verilən məlumata görə, MŞ sədri Əflatun Amaşov avropalı qonağa rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri ilə bağlı məlumat verib. O bildirib ki, 2003-cü il martın 15-də ölkə jurnalistlərinin I qurultayında yaradılan Şuranın əsas missiyası media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsidir.

MŞ-nin konkret fəaliyyət istiqamətlərindən söz açan Amaşov müxtəlif illərdə qurum tərəfindən qanunvericiklə bağlı təkliflərin irəli sürüldüyünü və müsbət dəyərləndirildiyini önə çəkib.

"Sərhədsiz Reportyorlar" Təşkilatının nümayəndəsi İ.Petz məsələyə münasibətdə həm fərqli, həm də oxşar baxışların mövcudluğunu bildirib. Ölkəmizə səfərinin məqsədləri ilə bağlı məlumat verən Petz təmsil olunduğu qurumla Azərbaycan Mətbuat Şurasının birgə əməkdaşlıq münasibətlərinin vacibliyini önə çəkib.

Görüşdə söz və mətbuat azadlığının müxtəlif istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb. Qarşılıqlı əlaqələrin mümkün perspektiv istiqamətləri ətrafında diskussiyalar gedib.

Xəbər lenti

Xəbər lenti