...

DİN: Azərbaycan daxili işlər orqanları "Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar üzərinə düşən vəzifələrin öhdəsindən gəlib

Cəmiyyət Materials 27 May 2012 08:45 (UTC +04:00)
Azərbaycanın daxili işlər orqanları "Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar üzərinə düşən vəzifələrin öhdəsindən gəlib.
DİN: Azərbaycan daxili işlər orqanları "Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar üzərinə düşən vəzifələrin öhdəsindən gəlib

Azərbaycan, Bakı, 27 may / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanın daxili işlər orqanları "Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar üzərinə düşən vəzifələrin öhdəsindən gəlib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov Trend-ə bildirib ki, ictimai asayişin və əmin-amanlığın etibarlı şəkildə qorunması üçün aidiyyəti dövlət orqanları ilə qarşılıqlı əlaqədə bütün zəruri tədbirlər həyata keçirildi. Müsabiqənin keçirildiyi "Bakı Kristal Zalı"nda nəzərdə tutulduğu kimi, bütün təhlükəsizlik tədbirləri görüldü.

"Müsabiqə çərçivəsində nəzərdə tutulmuş tədbirlərin keçirildiyi yerlərdə, xüsusən "Bakı Kristal Zalı"na yaxın ərazilərdə və qonaqların hərəkət marşrutları üzrə bütün istiqamətlərdə nəqliyyat vasitələrinin hərəkəti tənzimləndi".

DİN rəsmisi hesab edir ki, bütövlükdə ictimai asayiş etibarlı şəkildə qorundu, qarşıda duran vəzifələrin icrası tam təmin edildi.

Xəbər lenti

Xəbər lenti