Azərbaycan, Bakı, 29 may / Trend müxbir K.Zərbalıyeva/
"Eurovision 2012" mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar yük avtomobillərinin Bakıya girişinə qoyulan məhdudiyyət götürülüb.
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, mayın 28-dən yük avtomobillərinin paytaxt ərazisinə girişinə icazə verilir.
Əliyev deyib ki, yük avtomobilləri onların hərəkətini məhdudlaşdıran yol nişanlarının təsir dairəsinə girə bilməzlər.
Qeyd edək ki, "Eurovision 2012" mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar yol polisi hüquqi şəxslərin rəhbərlərinə müraciət edərək mayın 8-dən 28-dək yük avtomobillərinin Bakıya girişinin maksimum səviyyədə məhdudlaşdırılması ilə bağlı tədbirlər görmələrini xahiş etmişdi.
Müraciət "Eurovision 2012" mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar paytaxtda hərəkətin intensivliyi nəzərə alınaraq nəqliyyat sıxlığının yaranmamasının təmin olunması məqsədilə edilmişdi.