...

“İslam Əməkdaşlıq Təşkilatı Modeli - 2012” layihəsinin qalibləri mükafatlandırılacaq

Cəmiyyət Materials 4 İyun 2012 13:59 (UTC +04:00)
Bakıda iyunun 5-də "İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modeli - 2012" beynəlxalq təhsil proqramı layihəsinin bağlanış və qaliblərin mükafatlandırma mərasimi keçiriləcək.
“İslam Əməkdaşlıq Təşkilatı Modeli - 2012” layihəsinin qalibləri mükafatlandırılacaq

Azərbaycan, Bakı, 4 iyun / Trend müxbir M.Əliyev/

Bakıda iyunun 5-də "İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modeli - 2012" beynəlxalq təhsil proqramı layihəsinin bağlanış və qaliblərin mükafatlandırma mərasimi keçiriləcək. Trend-in məlumatına görə, bu barədə layihənin təşkilatçısı olan Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) Avrasiya Regional Mərkəzindən bildiriblər.

Layihə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Gənclər və İdman Nazirliyi, Gənc Sahibkarlar Şəbəkəsi və Bakı Dövlət Universitetinin tərəfdaşlığı ilə həyata keçirilib.

Tədbirdə Azərbaycanın dövlət qurumlarının, beynəlxalq təşkilatların rəhbərlərinin, millət vəkillərinin, Azərbaycanda akkreditə olunmuş səfirlərin, digər diplomatik nümayəndəliklərin iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti