...

Azərbaycan MDB dövlətlərinin Turizm Şurasının iclasında iştirak edir

Cəmiyyət Materials 8 İyun 2012 12:26 (UTC +04:00)
Azərbaycan MDB-nin iştirakçı dövlətlərinin Turizm Şurasının növbəti iclasında iştirak edir.
Azərbaycan MDB dövlətlərinin Turizm Şurasının iclasında iştirak edir

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan MDB-nin iştirakçı dövlətlərinin Turizm Şurasının növbəti iclasında iştirak edir.

Trend-in cümə günü Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, iyunun 7-də Belarusun Minsk şəhərində MDB-nin iştirakçı dövlətlərinin Turizm Şurasının növbəti iclası öz işinə başlayıb. İclas zamanı MDB dövlətləri arasında turizm sahəsində əməkdaşlığın vəziyyəti və perspektivləri, Turizm Şurasının yeni statusu və Sazişi və digər gündəlikdə duran məsələlər ətrafında müzakirələr aparılacaq.

Tədbirdə Azərbaycanı mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Xəbər lenti

Xəbər lenti