...

Toksikoloq: Özünüzü sancmalardan qoruyun!

Cəmiyyət Materials 11 İyun 2012 14:50 (UTC +04:00)
Azərbaycanlı toksikoloq yay ayları ərzində meşələrə dincəlməyə gedən insanları ehtiyatlı olmağa çağırıb.
Toksikoloq: Özünüzü sancmalardan qoruyun!

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanlı toksikoloq yay ayları ərzində meşələrə dincəlməyə gedən insanları ehtiyatlı olmağa çağırıb.

Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bazar ertəsi Trend-ə müsahibəsində bildirib ki, meşəyə dincəlməyə gedənlər daha çox ilan, arı, qurd sancmalarından özlərini qorunmalıdır.

Yay aylarında ilan sancmaları təhlükəsinin daha çox artdığını deyən toksikoloqun sözlərinə görə, yalnız aprelin 1-dək indiyə qədər 39 nəfər ilan sancması diaqnozu ilə mərkəzə daxil olub. Onlardan 6 nəfəri Siyəzən rayonundan, qalanları isə Gəncə şəhəri, Hacıqabul, Bərdə, Balakən rayonlarından və Bakıətrafı ərazilərdən - Zirə, Şüvəlan, Qobu və başqa yerlərdən olub.

Maqsudov bildirib ki, aprelin 1-dən indiyədək arı sancması ilə əlaqədar 6 nəfər müraciət edib. O deyib ki, ilan və arı sancmalarından qorunmaq üçün ən yaxşı yollardan biri xüsusi spreylərdən istifadə etməkdir.

"İlan sancmalarından qorunmaq üçün xüsusi spreylər var. Onları ayaqqabılara sürtmək olar. İlan bu iyi hiss etdikdə insana yaxınlaşmır. Arı sancmalarının qarşısını alan spreyləri də bədənin ətraf hissələrinə sürtmək olar", - toksikoloq əlavə edib.

O deyib ki, qeyd edilən müddət ərzində 4 qara qurd, 1 sarı əqrəb sancması ilə bağlı mərkəzə müraciət edilib. İlan sancmaları daha çox meyvə-tərəvəz əkilən ərazilərdə baş verdiyi halda, sarı əqrəb sancmalarına daha çox Abşeronda rast gəlinir.

Maqsudov hazırda insanların meyvə-tərəvəzlərdən də ehtiyatla istifadə etməsini məsləhət görüb. Onun sözlərinə görə, hazırda çiyələklər daha çox zəhərlənmələrə səbəb ola bilər.

Xəbər lenti

Xəbər lenti