...

Qazaxıstanda texniki baxışdan keçməyə görə verilən talonları ləğv etmək planlaşdırılır

Cəmiyyət Materials 12 İyun 2012 13:39 (UTC +04:00)
Qazaxıstanda texniki baxışdan keçməyə görə verilən kağız talonları ləğv etmək planlaşdırılır.
Qazaxıstanda texniki baxışdan keçməyə görə verilən talonları ləğv etmək planlaşdırılır

Azərbaycan, Bakı, 12 iyun /Trend/

Qazaxıstanda texniki baxışdan keçməyə görə verilən kağız talonları ləğv etmək planlaşdırılır. Trend-in Novosti-Kazaxstan-a istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı Qazaxıstanın nəqliyyat və kommunikasiya naziri Əsgər Jumaqaliyev bildirib.

"Yaxın vaxtlarda onlardan imtina etməyi planlaşdırırıq. Qanunvericiliyə bır sıra dəyişikliklər edildikdən və informasiya sisteminin işə salınmasından sonra texniki baxışdan keçməyi təsdiq edən kağız talonlara ehtiyac yaranmır. Yol polisi müfəttişləri bu məlumatları elektron bazadan onlayn rejimdə qəbul edəcəklər ki, bu da saxta talonlar əldə edən avtomobil sürücülərini aşkar etməyə kömək edəcək", - Jumalaqiyev öz bloqunda yazıb.

Onun sözlərinə görə, bəzi texniki baxış mərkəzləri keyfiyyətsiz texniki baxışdan keçirməyə görə mükafat almaq üçün müxtəlif hiyləgərliyə əl atdıqlarına görə texniki baxış proseduru videoyazıya alınacaq.

"Maşının həqiqətən baxışdan keçdiyini təkcə avtomobilin fotosu deyil, həmçinin bütün yoxlama prosedurunun videoyazısı təsdiq edəcək", - nazir yazıb.

Jumaqaliyevin məlumatına görə, iki texniki baxış mərkəzi maşına baxış keçirmədən talonlar verdiklərinə görə artıq cərimələnib. "Əgər bu hal təkararlanarsa, mərkəz reyestrdən çıxarılacaq. Qeyd edim ki, Aktobedə artıq bir texniki baxış mərkəzi reyestrdən çıxarılıb", - o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti