...

Ayaz Mütəllibovun cinayət məsuliyyətinə cəlb edilib-edilməyəcəyi məsələsinə aydınlıq gətirilib

Cəmiyyət Materials 18 İyun 2012 11:37 (UTC +04:00)
Azərbaycanın baş prokurorun müavini Rüstəm Usubov eks-prezident Ayaz Mütəllibovun cinayət məsuliyyətinə cəlb edilib-edilməyəcəyi ilə bağlı məsələlərə aydınlıq gətirib.
Ayaz Mütəllibovun cinayət məsuliyyətinə cəlb edilib-edilməyəcəyi məsələsinə aydınlıq gətirilib

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir K.Zərbaliyeva/

Azərbaycanın baş prokurorun müavini Rüstəm Usubov eks-prezident Ayaz Mütəllibovun cinayət məsuliyyətinə cəlb edilib-edilməyəcəyi ilə bağlı məsələlərə aydınlıq gətirib.

Trend-in məlumatına görə, Rüstəm Usubov jurnalistlərin Ayaz Mütəllimovun Azərbaycana qayıtdıqdan sonra cinayət məsuliyyətinə cəlb edilib-edilməyəcəyi ilə bağlı suallarına cavab verib.

O bildirib ki, Milli Məclisdə "Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" konstitusiya qanunu qəbul olunub. Bu qanuna müvafiq olaraq da müəyyən qərar qəbul ediləcək.

Qeyd edək ki, bu günlərdə MM "Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" qanunu qəbul edib. Bu qanun prezident vəzifəsini tutmuş, həm də vəfat etmiş, prezident səlahiyyətlərinə xitam verilmiş şəxslərə və ailə üzvlərinə şamil olunacaq.

Qanun impiçment qaydasında vəzifədən kənarlaşdırılan sabiq prezidentlərə şamil olunmayacaq.

Qanunda qeyd olunur ki, sabiq prezident və həyat yoldaşı cinayət başında yaxalanarsa, prokurorun təqdimatı ilə saxlanıla bilər.

Xəbər lenti

Xəbər lenti