...

Baş Prokurorluğun əməkdaşları Rusiyanın Oryol şəhərində keçirilmiş beynəlxalq konfransda iştirak ediblər

Cəmiyyət Materials 18 İyun 2012 19:24 (UTC +04:00)
Rusiya Federasiyasının Oryol şəhərində həmin ölkənin İstintaq Komitəsinin təşkilatçılığı ilə "Korrupsiyaya qarşı mübarizə" mövzusunda beynəlxalq konfrans keçirilib.
Baş Prokurorluğun əməkdaşları Rusiyanın Oryol şəhərində keçirilmiş beynəlxalq konfransda iştirak ediblər

Azərbaycan, Bakı, 18 iyun /Trend/

Rusiya Federasiyasının Oryol şəhərində həmin ölkənin İstintaq Komitəsinin təşkilatçılığı ilə "Korrupsiyaya qarşı mübarizə" mövzusunda beynəlxalq konfrans keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Rusiya, Ukrayna, Qazaxıstan, Qırğızıstan və Belarusun prokurorluq orqanlarının, İstintaq komitələrinin, Müstəqil Dövlətlər Birliyinin aidiyyəti qurumlarının nümayəndələri və hüquqşünas alimlərin iştirak etdiyi tədbirdə ölkəmizi Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları Əsəd Əliyev və Rasim Musayev təmsil ediblər.

Əliyev konfransda çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən tədbirlər, o cümlədən yeni qanunların qəbul edilməsi, ölkəmizin korrupsiyaya qarşı mübarizə ilə bağlı bir sıra beynəlxalq sənədlərə qoşulması, korrupsiyaya qarşı mübarizə ilə əlaqədar qəbul olunmuş Dövlət Proqramı və Milli Strategiyanın icrası ilə bağlı görülmüş tədbirlər, habelə dövlət qurumlarının fəaliyyətində şəffaflığın artırılması barədə konfrans iştirakçılarına ətraflı məlumat verib.

Xəbər lenti

Xəbər lenti