...

Azərbaycanda hava şəraitində mühüm dəyişiklik gözlənilmir

Cəmiyyət Materials 20 İyun 2012 13:06 (UTC +04:00)
Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.
Azərbaycanda hava şəraitində mühüm dəyişiklik gözlənilmir

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir M.Əliyev/

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bildiriblər.

Paytaxtda və yarımadada havanın temperaturunun gecə 17-21, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22 Türkan, Hövsan, Sahil, Şıxda 22-23 dərəcə isti olacağı gözlənilir.

Azərbaycan rayonlarında iyunun 21-də hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir, şərq küləyi əsəcək.

Rayonlarda havanın temperaturunun gecə 17-22, gündüz 29-34, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Departamentindən bildiriblər ki, sabah hava şəraitində mühüm dəyişiklik gözlənilmir - hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var, şərq küləyi üstünlük təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti