...

DİN: Baş redaktorun həbsi onun peşə fəaliyyəti ilə bağlı deyil

Cəmiyyət Materials 22 İyun 2012 12:24 (UTC +04:00)
"Tolişi Sədo" qəzetinin baş redaktoru Hilal Məmmədovun həbsi onun peşə fəaliyyəti ilə bağlı deyil. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Trend-ə bildirib ki, Məmmədov törətdiyi konkret cinayət əməlinə görə saxlanılıb.
DİN: Baş redaktorun həbsi onun peşə fəaliyyəti ilə bağlı deyil

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir K.Zərbalıyeva/

"Tolişi Sədo" qəzetinin baş redaktoru Hilal Məmmədovun həbsi onun peşə fəaliyyəti ilə bağlı deyil. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Trend-ə bildirib ki, Məmmədov törətdiyi konkret cinayət əməlinə görə saxlanılıb.

Rəis müavininin sözlərinə görə, Məmmədov Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə etdikləri əməliyyat məlumatı əsasında həyata keçirilən tədbirlər nəticəsində saxlanılıb və onun üzərinə baxış zamanı üstündən 5 qramdan artıq narkotik vasitə olan heroin götürülüb. Onun yaşadığı evə baxış zamanı əlavə olaraq 30 qrama yaxın heroin aşkar edilərək götürülüb.

Zahidov deyib ki, Məmmədovun həbsinin onun peşə fəaliyyəti ilə əlaqəli olması barədə bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlar əsassızdır.

"Hilal Məmmədov hüquq müdafiəçisi və jurnalist olduğu üçün deyil, törətdiyi konkret cinayət əməlinə görə saxlanılıb. Faktla bağlı Nizami rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır", - nazirlik rəsmisi deyib.

Xəbər lenti

Xəbər lenti