...

Aleksandr İşein: Azərbaycanda müxtəlif dinlərin bərabər hüquqlara malik olması əməllərdə də təsdiq olunur

Cəmiyyət Materials 23 İyun 2012 12:10 (UTC +04:00)
Azərbaycanda müxtəlif dinlərin hamısı bərabər hüquqlara malikdir. Bu, sənədlərdə deyil, əməllərdə də təsdiq olunur.
Aleksandr İşein: Azərbaycanda müxtəlif dinlərin bərabər hüquqlara malik olması əməllərdə də təsdiq olunur

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda müxtəlif dinlərin hamısı bərabər hüquqlara malikdir. Bu, sənədlərdə deyil, əməllərdə də təsdiq olunur. Trend-in məlumatına görə, bunu şənbə günü Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində təşkil olunan "Dostluq" ordeninin təqdimatında Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein deyib.

"Bir sıra ölkələrlə müqayisədə Azərbaycanda dini münaqişələr baş vermir. Buna görə ölkə Prezidentə minnətdarıq", - İşein bildirib.

İşein Prezident İlham Əliyev tərəfindən onun bu ordenə layiq görülməsindən məmnun olduğunu deyib və yüksək qiymətləndirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşən İskəndərov ölkə Prezidentinin sərəncamı ilə "Dostluq" ordeni ilə mükafatlandırılan İşeinə ordeni təqdim edib.

Tədbirdə çıxış edən İskəndərov Azərbaycanda yaşayan rus xalqının da Azərbaycan vətəndaşları olduğunu, ölkənin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xüsusi fədakarlıq göstərdiyini vurğulayıb.

Qeyd edək ki, ölkə başçısının sərəncamı ilə Azərbaycan və Rusiya xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Aleksandr Gennadyeviç İşein "Dostluq" ordeni ilə təltif edilib.

Xəbər lenti

Xəbər lenti