...

Azərbaycanın orta məktəb müəllimlərinin işə qəbulu ilə bağlı yeniliklər tətbiq ediləcək

Cəmiyyət Materials 29 İyun 2012 10:44 (UTC +04:00)
Bu il Azərbaycanın orta məktəblərindəki vakant müəllim yerlərinə işə qəbulla bağlı bir sıra yeniliklər tətbiq ediləcək.
Azərbaycanın orta məktəb müəllimlərinin işə qəbulu ilə bağlı yeniliklər tətbiq ediləcək

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir İ.İsbalayeva/

Bu il Azərbaycanın orta məktəblərindəki vakant müəllim yerlərinə işə qəbulla bağlı bir sıra yeniliklər tətbiq ediləcək. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Misir Mərdanov cümə günü jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, müəllimlərin işə qəbulu ilə bağlı ötən ilki prosedurlar daha təkmil formada həyata keçiriləcək.

"Əsas yenilik isə ondan ibarət olacaq ki, ötən il müəllimlər imtahan verdikdən sonra minimal bal həddi müəyyənləşdirirdik. Müsabiqədə yalnız bu balı əldə edənlər iştirak edirdi. Bu il isə minimal bal həddini götürdük. Yəni müəyyən bal toplamış insanları yerimiz olana qədər işə götürəcəyik. Bundan sonra ikinci yerləşdirmə olmayacaq", - nazir əlavə edib.

O deyib ki, bu il müəllimlərin işə qəbulu regionlar üzrə keçirilməyəcək. Nazirin sözlərinə görə, bu il müəllimlərin işə qəbulunun regionlarda keçirilməsi vaxt baxımından mümkün deyil.

Nazir bu il vakant yerlərin sayının ötən ildən çox olmasının səbəbini orta məktəblərdə müəllimlər üçün yaş senzinin tətbiqi ilə əlaqələndirib.

"Ola bilər ki, vakant yerlərin sayı yaş senzi ilə əlaqədar olaraq artıb. Çünki yaş senzi ilə əlaqədar bir çox müəllimlər pensiyaya gedib. Ancaq hansı ixtisaslar üzrə vakant müəllim yerlərinin sayının çox olması ilə bağlı dəqiq məlumat yoxdur", - nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti