...

Azərbaycan bankı plastik kart sahibləri üçün yeni xidmətə başlayıb

Cəmiyyət Materials 30 İyun 2012 12:04 (UTC +04:00)
"Kapital Bank" yeni "Cash by Code" xidmətinin tətbiqinə başlayıb.
Azərbaycan bankı plastik kart sahibləri üçün yeni xidmətə başlayıb

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir H.Vəliyev/

"Kapital Bank" yeni "Cash by Code" xidmətinin tətbiqinə başlayıb. Bu xidmət bankın ödəniş kart sahibləri üçün bankomat vasitəsilə ödəniş kartı olmayan şəxslərə vəsait göndərmək imkanı yaradır. Trend-in məlumatına görə, bu barədə şənbə günü bankın məlumatında deyilir.

"Cash by Code" xidmətindən istifadə etmək üçün kart sahibi kartı bankomata daxil edir, menyuda "Cash by code" bölməsini seçir, göndəriləcək məbləği və vəsaiti alan şəxsin mobil telefonunun nömrəsini daxil edir.

Bankomat iki hissədən ibarət olan kodu formalaşdırır. Kodun birinci hissəsi ATM vasitəsilə çap edilir, ikinci hissəsi isə vəsaiti alan şəxsin mobil telefonuna SMS vasitəsilə göndərilir.

Vəsaitin əldə edilməsi üçün kodun hər iki hissəsi bankomata daxil edilməlidir. Bunun üçün, göndərən şəxs kodun birinci hissəsini vəsaiti alan şəxsə göndərir və alan şəxs heç bir plastik karta ehtiyac olmadan kodu sadəcə bankomata daxil edərək vəsaiti əldə edir.

Kod 24 saat ərzində aktiv olur.

Hazırda respublika üzrə "Kapital Bank"ın 450 bankomatı var. Hansı regionda yerləşməsindən asılı olmayaraq, bu bankomatların hər birində "Cash by code" xidmətindən istifadə etmək mümkündür.

Xəbər lenti

Xəbər lenti