...

Azərbaycanda miqrasiya orqanlarına qulluğa qəbulla əlaqədar müsabiqə elan edilib

Cəmiyyət Materials 3 İyul 2012 18:28 (UTC +04:00)
Azərbaycan Dövlət Miqrasiya Xidməti miqrasiya orqanlarına qulluğa qəbulla əlaqədar müsabiqə elan edib.
Azərbaycanda miqrasiya orqanlarına qulluğa qəbulla əlaqədar müsabiqə elan edilib

Azərbaycan, Bakı, 3 iyul /Trend/

Azərbaycan Dövlət Miqrasiya Xidməti miqrasiya orqanlarına qulluğa qəbulla əlaqədar müsabiqə elan edib.

Xidmətdən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, müsabiqədə yalnız vakant vəzifələrin tələblərinə cavab verən vətəndaşlar iştirak edə bilər.

Müsabiqəyə sənədlərin qəbulu müvafiq ərizə formasında 02.07.2012-ci il tarixdən 03.08.2012-ci il tarixədək aparılır. İştirak etmək istəyən vətəndaşlar tələblərə cavab verdikləri halda, göstərilən müddət ərzində müvafiq ərizə formasını doldurmalı və qanunvericilikdə nəzərdə tutulmuş digər sənədləri Dövlət Miqrasiya Xidmətinin Aparatının inzibati binasına - Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şosesi, 202 ünvanına təqdim etməlidirlər.

Ərizə formasını və sənədlər siyahısını Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində (www.migration.gov.az) müvafiq bölmədən əldə etmək olar.

Xarici dil biliklərinə malik olan vətəndaşlara müsabiqədə üstünlük verilir.

Əlavə məlumat üçün: (012) 562 53 01

Qeyd edək ki, miqrasiya orqanlarına qulluğa qəbul "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"nin və Azərbaycan Prezidentinin 2010-cu il 15 iyul tarixli fərmanı ilə təsdiq edilmiş "Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları haqqında Əsasnamə"nin tələblərinə uyğun olaraq aparılır.

Xəbər lenti

Xəbər lenti