...

Gənclər üçün arxeoloji düşərgələr uğurla başa çatıb (FOTO)

Cəmiyyət Materials 5 İyul 2012 12:54 (UTC +04:00)
Gənclər və İdman Nazirliyi tərəfindən bu ildən etibarən tələbələrin iştirakı ilə respublikanın müxtəlif regionlarında arxeoloji düşərgələr keçirilib.
Gənclər üçün arxeoloji düşərgələr uğurla başa çatıb (FOTO)

Azərbaycan, Bakı, 5 iyul /Trend/

Gənclər və İdman Nazirliyi tərəfindən bu ildən etibarən tələbələrin iştirakı ilə respublikanın müxtəlif regionlarında arxeoloji düşərgələr keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, düşərgənin təşkil edilməsində əsas məqsəd gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onlara Azərbaycan tarixi haqqında əyani olaraq geniş məlumatların verilməsi olub.

Bununla əlaqədar olaraq Nazirlik, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə 22 iyun tarixindən başlayaraq ali təhsil müəssisələrinin tələbələri üçün Qəbələ rayonunda arxeoloji düşərgələrə start verib. Düşərgədə 15-ə yaxın ali təhsil müəssisəsindən 80 nəfər gənc iştirak edib.

Düşərgələrdə iştirak etmiş gənclərə Gənclər və İdman Nazirliyi tərəfindən sertifikatlar və hədiyyələr təqdim ediləcək.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının 6.7 bəndinə uyğun olaraq gerçəkləşdirilib.

Xəbər lenti

Xəbər lenti