...

Gənclər Nazirliyinin yay istirahət düşərgələrində 2000-dən çox gənc iştirak edəcək (FOTO)

Cəmiyyət Materials 12 İyul 2012 13:24 (UTC +04:00)
Gənclər və İdman Nazirliyinin təşkil edəcəyi yay istirahət düşərgələrində 2200-dək gəncin iştirakı planlaşdırılır.
Gənclər Nazirliyinin yay istirahət düşərgələrində 2000-dən çox gənc iştirak edəcək (FOTO)

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir İ.İsabalayeva/

Gənclər və İdman Nazirliyinin təşkil edəcəyi yay istirahət düşərgələrində 2200-dək gəncin iştirakı planlaşdırılır.

Nazirliyin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, iyunun 14-dən başlayaraq Quba və İsmayıllı rayonlarında, Şəki və Lənkəran şəhərlərində 14-18 yaşlı gənclər üçün "Azərbaycan - doğma diyarımdır" adlı vətənpərvərlik yay-istirahət düşərgələri fəaliyyətə başlayıb. Düşərgələr əsasən gənclər arasında vətənpərvərlik ruhunun daha da yüksəldilməsi, ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin təbliği, diyarşünaslığın inkişaf etdirilməsi və gənclərin yay istirahətinin, asudə vaxtının səmərəli təşkil edilməsi məqsədi ilə keçirilir.

İyul ayının sonlarına kimi davam edəcək düşərgələrin proqramına uyğun olaraq, gənclər mənalı istirahət etməklə yanaşı, ərazidə yerləşən tarixi-mədəni obyektlərlə də yaxından tanış olur, müxtəlif mövzularda keçirilən mühazirələrdə, idman və stolüstü oyunlar üzrə, eyni zamanda intellektual yarışlarda, diskotekalarda, gəzintilərdə yaxından iştirak edirlər.

Düşərgələr ümumilikdə 4 şəhər və rayonda təşkil ediləcək. Avqustdan Qax rayonunda da eyniadlı düşərgələrin təşkil edilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti