...

Bakıda 2012-ci il olimpiadasının iştirakçılarını dəstəkləmək məqsədilə veloyürüş keçiriləcək

Cəmiyyət Materials 20 İyul 2012 11:23 (UTC +04:00)
İyulun 23-də saat 20:00-da Yeni Bulvarın xüsusi velosiped yolunda "Olimpiyaçılarımıza dəstək olaq!" devizi altında veloyürüş keçiriləcək.
Bakıda 2012-ci il olimpiadasının iştirakçılarını dəstəkləmək məqsədilə veloyürüş keçiriləcək

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir A.Axundov/

İyulun 23-də saat 20:00-da Yeni Bulvarın xüsusi velosiped yolunda "Olimpiyaçılarımıza dəstək olaq!" devizi altında veloyürüş keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasının çərşənbə günü yaydığı məlumatda deyilir.

Federasiyanın rəhbəri vergilər naziri Fazil Məmmədovdur.

Veloyürüş Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə keçirilir.

Yürüş iştirakçıları "Dalğa Plaza" İş Mərkəzinin arxasından Dövlət Bayrağı Meydanı və geriyə hərəkət edəcəklər.

Xəbər lenti

Xəbər lenti