...

Azərbaycanda qəbul imtahanları ilə əlaqədar vətəndaşların müraciətlərinin araşdırılması qaydaları açıqlanıb

Cəmiyyət Materials 21 İyul 2012 10:11 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycanda ali və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanları ilə əlaqədar vətəndaşların müraciətlərinin araşdırılması qaydalarını açıqlayıb.
Azərbaycanda qəbul imtahanları ilə əlaqədar vətəndaşların müraciətlərinin araşdırılması qaydaları açıqlanıb

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycanda ali və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanları ilə əlaqədar vətəndaşların müraciətlərinin araşdırılması qaydalarını açıqlayıb.

Komissiyasının mətbuat xidmətindən şənbə günü Trend-ə bildirilib ki, müraciətlər yalnız TQDK tərəfindən yaradılmış apelyasiya komissiyaları tərəfindən araşdırıla bilər. İyulun 20-də I ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında ayrı-ayrı fənlər üzrə istifadə edilmiş test tapşırıqlarının məzmunu ilə əlaqədar vətəndaşlar apelyasiya komissiyalarına iyulun 23-də müraciət edə bilərlər.

Komissiyadan bildirilib ki, iyulun 27-də IV, avqustun 3-də II ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək. IV qrup üzrə qəbul imtahanlarında ayrı-ayrı fənlər üzrə istifadə edilmiş test tapşırıqlarının məzmunu ilə əlaqədar vətəndaşlar apelyasiya komissiyalarına iyulun 30-da, II qrup üzrə avqustun 6-da müraciət edə bilərlər. Apelyasiya komissiyalarına imtahanın gedişi ilə əlaqədar müraciətlərə yalnız imtahan keçirildiyi günlərdə baxılacaq.

Digər müraciətlər isə avqustun 6-dan 8-dək araşdırılacaq. Apelyasiya Komissiyaları yalnız qeyd edilən tarixlərdə müraciətlərə baxacaq. Komissiyanın işi başa çatdıqdan sonra heç bir müraciətə baxılmayacaq.

TQDK abituriyentlərin ərizə forması və cavab kartının doldurulmasında texnoloji səhvlərə yol verilməsi və imtahanın keçirilməsi qaydalarının abituriyent tərəfindən pozulması ilə bağlı müraciətləri araşdırmayacaq.

Abituriyent Apelyasiya Komissiyasına şəxsən müraciət etməlidir. Müraciətin araşdırılması zamanı onunla birlikdə yalnız valideyni iştirak edə bilər, üçüncü şəxslərin iştirakına icazə verilmir.

Xəbər lenti

Xəbər lenti