...

Əflatun Amaşov: Azərbaycan dövləti mətbuata yardımları ardıcıl şəkildə həyata keçirir (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 22 İyul 2012 21:25 (UTC +04:00)
Azərbaycan dövləti mətbuata yardımları ardıcıl şəkildə həyata keçirir, Trend-in məlumatına görə, bunu bazar günü Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Milli Mətbuatın 137-ci il dönümü ilə əlaqədar keçirdiyi jurnalistlərin fərdi yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
Əflatun Amaşov: Azərbaycan dövləti mətbuata yardımları ardıcıl şəkildə həyata keçirir (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycan dövləti mətbuata yardımları ardıcıl şəkildə həyata keçirir, Trend-in məlumatına görə, bunu bazar günü Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Milli Mətbuatın 137-ci il dönümü ilə əlaqədar keçirdiyi jurnalistlərin fərdi yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Amaşov deyib ki, 1865-ci ildə "Əkinçi" qəzetinin yaratdığı maarifçilik ideyaları sonradan bir çox mətbu orqanları ilə inkişaf etdirildi. O qeyd edib ki, Azərbaycan xalqının ikinci dəfə müstəqillik əldə etməsində də mətbuatın müstəsna rolu olub.
Bu il Həsən bəy Zərdabinin 170 illik yubileyi ilə əlaqədar ölkə ərazisində silsilə tədbirlərin keçirildiyini deyən Amaşov qeyd edib ki, bu tədbirlər ilin sonuna kimi davam etdiriləcək.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Milli Mətbuatın 137-ci il dönümü ilə əlaqədar keçirilən jurnalistlərin fərdi yazı müsabiqəsinin nəticələri barədə tədbirdə məlumat verərək bildirib ki, müsabiqəyə 10 istiqamət üzrə ümumilikdə 77 yazı təqdim olunub. Yazılar Fondun 9 eksperti tərəfindən araşdırılaraq qiymətləndirilib.

Onun sözlərinə görə, ayrı-ayrı istiqamətlər üzrə ən yüksək balları toplamış 30 yazı müsabiqənin qalibləri elan edilib.

Tədbir zamanı qaliblərin hər birinə 1000 manat məbləğində pul mükafatı və Fondun xüsusi diplomu verilib.
Tədbirdə həmçinin ölkənin aparıcı media nümayəndələrinə Ali media mükafatı təqdim olunub.

İlin ən yaxşı baş redaktorları nominasiyasına isə "Olaylar" İnformasiya Agentliyinin baş redaktoru Yunus Oğuz, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Paritet" qəzetinin baş redaktoru Cəmaləddin Quliyev, "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu layiq görülüblər.

Xəbər lenti

Xəbər lenti