...

Azərbaycanda qanunvericiliyinin tələblərini pozmuş 100-dən çox əcnəbi saxlanılıb

Cəmiyyət Materials 23 İyul 2012 15:51 (UTC +04:00)
Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən ötən həftə ərzində ölkə qanunvericiliyinin tələblərini pozmuş 103 əcnəbi saxlanılıb.
Azərbaycanda qanunvericiliyinin tələblərini pozmuş 100-dən çox əcnəbi saxlanılıb

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir M.Əliyev/

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən ötən həftə ərzində ölkə qanunvericiliyinin tələblərini pozmuş 103 əcnəbi saxlanılıb.

Xidmətdən bazar ertəsi Trend-ə verilən məlumata görə, ötən həftə ərzində DMX tərəfindən Bakı və Gəncə şəhərlərində, həmçinin Bərdə, Ağcabədi, Yevlax, Şəki Göygöl, Tovuz, Qazax, Xaçmaz və Şabran rayonlarında qanunsuz miqrasiyaya qarşı keçirilən müvafiq tədbirlər nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd olaraq fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilmiş, eyni zamanda, ölkədə olma və yaşama qaydalarını pozmuş 103 əcnəbi aşkar edilib.

Saxlanılan şəxslər barəsində inzibati qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq qərarlar qəbul edilib.

Xidmətdən bildiriblər ki, qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında müvafiq tədbirlər davam etdirilir.

Xəbər lenti

Xəbər lenti