...

Bakıda bağlanan mərkəzi prospektdə işlərin yekunlaşacağı vaxt açıqlanıb

Cəmiyyət Materials 24 İyul 2012 14:16 (UTC +04:00)
Bakının Neftçilər prospektində qaz nəqli infrastrukturunun yenidən qurulması və təmiri üzrə işlərin avqustun ortalarında yekunlaşdırılması planlaşdırılır.
Bakıda bağlanan mərkəzi prospektdə işlərin yekunlaşacağı vaxt açıqlanıb

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir E.İsmayılov/

Bakının Neftçilər prospektində qaz nəqli infrastrukturunun yenidən qurulması və təmiri üzrə işlərin avqustun ortalarında yekunlaşdırılması planlaşdırılır. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azəriqaz" İstehsalat Birliyindən (İB) məlumat verilib.

Neftçilər prospekti paytaxtın ən iri və hərəkətin sıx olduğu prospektlərindən biridir.

İB-dən bildirilib ki, qaz xətlərinin əsaslı təmiri üzrə işlər qrafikə uyğun aparılır.

"Plana əsasən, işlər bir ay vaxt aparacaq və müvafiq olaraq, gələn ayın ortalarında tam başa çatacaq", - İB-dən qeyd edilib.

İB-dən onu da vurğulayıblar ki, işlərin aparılması zamanı alternativ qaz mənbələri və tədarük xətləri istifadə olunacaq. Bu dövr ərzində qazın verilişində fasilələr olmayacaq.

Xəbər lenti

Xəbər lenti