...

İranda qəzetlər bağlana bilər

Cəmiyyət Materials 27 İyul 2012 10:14 (UTC +04:00)
İranda kağızın qiymətinin artması bu ölkədə fəaliyyət göstərən qəzetləri bağlanmaq təhlükəsi ilə üzləşdirib.
İranda qəzetlər bağlana bilər

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir T.Cəfərov/

İranda kağızın qiymətinin artması bu ölkədə fəaliyyət göstərən qəzetləri bağlanmaq təhlükəsi ilə üzləşdirib. Trend-in məlumatına görə, bu barədə İLNA agentliyi xəbər verir.

"Aftab Yəzd" qəzetinin baş redaktoru Mənsur Müzəffəri bildirib ki, cari ildə kağızın qiyməti 80 faizə qədər artıb.

"Kağız idxalçıları və vasitəçilər qiymət artımı ilə yanaşı, istədikləri şərtləri də alıcılara tətbiq edirlər", - Müzəffəri deyib.

Onun sözlərinə görə, kağız subsudiyalarının ləğvi bu problemin yaranmasına səbəb olub.

"Bu şərtlərlə hazırda "Aftab Yəzd" qəzetinin fəaliyyəti mümkünsüzdür. Qəzetin qiymətini artırmaqla xalqa təzyiq göstərmək istəmirik. Vəziyyət belə davam edərsə, qəzetin çapını dayandıracağıq", - Müzəffəri bildirib.

Xəbər lenti

Xəbər lenti