Azərbaycan, Bakı, 29 iyul /Trend/
Sabahdan Azərbaycan ərazisində hava nisbətən sərinləşəcək, bəzi yerlərdə yağış yağacaq, şimşək şaxacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, iyulun 30-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.
Temperaturun Bakıda gecə 22-24°, gündüz 32-34° isti olacağı gözlənilir
Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada, Buzovna, Mərdəkan və Şüvəlanda 25-26°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti olacağı gözlənilir.
Azərbaycanın əksər rayonlarında sabah gecə və axşam şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 20-25°, gündüz 31-36° isti, dağlarda gecə 13-18°, gündüz 22-27° isti olacağı gözlənilir.