...

Azərbaycanda 174 fizika və 133 informatika müəllimi işə qəbul olunub

Cəmiyyət Materials 30 İyul 2012 15:42 (UTC +04:00)
Azərbaycanda 2012-2013-cü tədris ili üzrə 174 nəfər fizika və 133 nəfər informatika müəllimi ümumi təhsil müəssisələri və peşə liseylərindəki vakant yerlərə işə qəbul olunub.
Azərbaycanda 174 fizika və 133 informatika müəllimi işə qəbul olunub

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycanda 2012-2013-cü tədris ili üzrə 174 nəfər fizika və 133 nəfər informatika müəllimi ümumi təhsil müəssisələri və peşə liseylərindəki vakant yerlərə işə qəbul olunub.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu, 26-27 iyul tarixlərində keçirilmiş imtahanların nəticələrinə əsasən müəyyənləşdirilib.

Qeyd edək ki, bu gün biologiya fənni üzrə müəllim işləmək üçün iddialı olanlar imtahan verir. Həmin fənn üzrə 346 vakant yer uğrunda 726 nəfər mübarizə aparır.

Xəbər lenti

Xəbər lenti