...

Azərbaycanda həmkarlar ittifaqlarının üzvlərinə torpaq sahələrinin ayrılması ilə bağlı təkliflər hökumətə təqdim olunacaq

Cəmiyyət Materials 31 İyul 2012 10:38 (UTC +04:00)
Azərbaycanda həmkarlar ittifaqlarının yaşlı üzvlərinə torpaq sahələrinin ayrılması ilə bağlı təkliflər payızda Nazirlər Kabinetinə təqdim olunacaq.
Azərbaycanda həmkarlar ittifaqlarının üzvlərinə torpaq sahələrinin ayrılması ilə bağlı təkliflər hökumətə təqdim olunacaq

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycanda həmkarlar ittifaqlarının yaşlı üzvlərinə torpaq sahələrinin ayrılması ilə bağlı təkliflər payızda Nazirlər Kabinetinə təqdim olunacaq. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev bildirib.

"Azərbaycanda həmkarlar ittifaqlarının yaşlı üzvlərinə torpaq sahələrinin ayrılması ilə bağlı təkliflər, demək olar ki, hazırdır. Hazırda həmin təkliflər üzərində təhlillər gedir və payızda bu təkliflər Nazirlər Kabinetinə təqdim olunacaq", - Mehbalıyev deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda on minlərlə yaşlı həmkarlar ittifaqları üzvü torpaqsız, yaxud da bəziləri evsizdir.

"Bu səbəbdən biz bu məsələnin üzərində dayanaraq axıra kimi tələb edəcəyik ki, bu problem həll olunub qutarsın", - AHİK sədri vurğulayıb.

Xəbər lenti

Xəbər lenti