...

Azərbaycan sərhədçiləri axtarışda olan 202 nəfəri saxlayıb

Cəmiyyət Materials 8 Avqust 2012 16:31 (UTC +04:00)
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən Trend-ə verilən məlumata görə, saxlanılan şəxslər hüquq-mühafizə orqanlarına təhvil veriliblər.
Azərbaycan sərhədçiləri axtarışda olan 202 nəfəri saxlayıb

Azərbaycan, Bakı, 8 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Bu ilin iyul ayında Azərbaycan sərhədçiləri hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 202 nəfəri saxlayıblar.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən Trend-ə verilən məlumata görə, saxlanılan şəxslər hüquq-mühafizə orqanlarına təhvil veriliblər.

Ötən ay ərzində 67 halda dövlət sərhədinin pozulmasının qarşısı alınıb, nəticədə 112 nəfər saxlanılıb. Onlardan 68-i Azərbaycan, 11-i Əfqanıstan, 10-u Özbəkistan, 7-si İran, 7-si Nigeriya, 3-ü Moldova, 2-si Türkiyə, 2-si İsrail, 1-i Rusiya, 1-i Çin vətəndaşları olub.

Sərhəd rejim qaydalarını pozarkən 7 halda 13 nəfər, Xəzər dənizində sahilboyu rejim qaydalarını pozarkən 12 halda 31 nəfər saxlanılaraq barələrində tədbir görülüb.

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində iyul ayında 7 halda 20 kiloqramdan çox narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

DSX-nin Sahil Mühafizəsi tərəfindən Türkmənistana məxsus 1 gəmiyə və ölkəmizə məxsus 11 qayığa baxış keçirilib.

Dənizdən 700 metr tor aşkar olunaraq götürülüb.

Hesabat dövründə sərhədçilər 41 halda ümumi dəyəri 1 milyon 886 min manatdan artıq qaçaqmal saxlayıblar.

Xəbər lenti

Xəbər lenti