...

Bu il Azərbaycanda doktoranturaya qəbul aparılan ixtisasların adları yeni formada veriləcək

Cəmiyyət Materials 27 Avqust 2012 15:35 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının I vitse-prezidenti Arif Həşimov bazar ertəsi Trend-ə bildirib ki, ixtisasların sırasına yeniləri əlavə edilməyib.
Bu il Azərbaycanda doktoranturaya qəbul aparılan ixtisasların adları yeni formada veriləcək

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir İ.İsabalayeva/

Bu il ali təhsilin doktorantura səviyyəsi üzrə qəbul aparılarkən ixtisaslar yeni adla təqdim ediləcək.

Azərbaycan Milli Elmlər Akademiyasının I vitse-prezidenti Arif Həşimov bazar ertəsi Trend-ə bildirib ki, ixtisasların sırasına yeniləri əlavə edilməyib. Sadəcə olaraq, ixtisasların adları Nazirlər Kabinetinin doktorantura səviyyəsi üzrə ötən il təsdiqlədiyi ixtisasların nomenklaturasına uyğun olaraq yeni adlarla verilib.

Həşimovun sözlərinə görə, məqsəd Azərbaycanda doktorantura səviyyəsi üzrə elmi ixtisasların adlarını elmin inkişaf strategiyasına uyğun olaraq, UNESCO-nun və qabaqcıl ölkələrin elmi ixtisaslarının adlarına uyğunlaşdırmaqdır.

O qeyd edib ki, bəzi ixtisasların adı əvvəllər olduğu kimi qalıb, bəzi ixtisaslar birləşdirilib və bir ad altında verilib. Bəzi ixtisasların adları isə dəyişdirilib.

"Məsələn, əvvəllər ixtisasın adı "Yarımkeçiricilər və dielektiklər fizikası" adlanırdı. İndi isə bu, "Yarımkeçiriclər fizikası" adlanır. Bu, yeni ixtisas deyil. Sadəcə adı dəyişdirilib", - AMEA rəsmisi əlavə edib.

Onun sözlərinə görə, hazırda hər bir elmi ixtisasın pasportu hazırlanır. Pasporta həmin ixtisasda hansı sahələrin əhatə ediləcəyi qeyd olunacaq.

"Pasportlar hazırlananda elmin bütün sahələri orada əhatə olunacaq. Buna görə də pasportların hazırlanması vacibdir", - Həşimov qeyd edib.

O, bu il doktorantura səviyyəsi üzrə sənəd qəbuluna sentyabrın 1-dən başlamağın nəzərdə tutulduğunu da söyləyib.

Xəbər lenti

Xəbər lenti