...

Azərbaycanda ötən həftə qanunvericiliyin tələblərini pozmuş 83 əcnəbi aşkar edilib

Cəmiyyət Materials 3 Sentyabr 2012 16:18 (UTC +04:00)
Azərbaycanda ötən həftə ərzində ölkə qanunvericiliyinin tələblərini pozmuş 83 əcnəbi aşkar edilib.
Azərbaycanda ötən həftə qanunvericiliyin tələblərini pozmuş 83 əcnəbi aşkar edilib

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

Azərbaycanda ötən həftə ərzində ölkə qanunvericiliyinin tələblərini pozmuş 83 əcnəbi aşkar edilib.

Dövlət Miqrasiya Xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, 27-31 avqust 2012-ci il tarixlərdə Xidmət tərəfindən Bakı şəhərində, həmçinin Ağdaş və Şəmkir rayonlarında qanunsuz miqrasiyaya qarşı keçirilən müvafiq tədbirlər nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd olaraq fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilib, eyni zamanda, ölkədə olma və yaşama qaydalarını pozmuş 83 əcnəbi aşkar edilib.

Həmin şəxslər barəsində Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq qərarlar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti