...

ADA "Jean Monet" proqramı çərçivəsində təlim proqramı təşkil edir

Cəmiyyət Materials 5 Sentyabr 2012 14:11 (UTC +04:00)
Azərbaycan Diplomatik Akademiyası (ADA) Avropa Komissiyasının "Jean Monnet" proqramı çərçivəsində "Avropa Birliyi" üzrə təlim proqramı təşkil edir.
ADA "Jean Monet" proqramı çərçivəsində təlim proqramı təşkil edir

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Diplomatik Akademiyası (ADA) Avropa Komissiyasının "Jean Monnet" proqramı çərçivəsində "Avropa Birliyi" üzrə təlim proqramı təşkil edir.

Akademiyadan çərşənbə günü Trend-ə verilən məlumata görə, proqramda Avropa məsələləri üzrə işləyən və gələcəkdə bu sahədə çalışacaq dövlət qurumlarının əməkdaşlarının iştirakı nəzərdə tutulur. Proqramın məqsədi Azərbaycan dövlət qulluqcularının Avropa Birliyi qurumları, hüququ, iqtisadi inteqrasiyası mövzularında biliklərinin artırılılmasıdır.

"Jean Monnet" təlim proqramı 2012-ci ilin oktyabr-dekabr aylarında təşkil olunacaq. Təlim proqramı dörd müxtəlif modullardan ibarətdir: Avropa inteqrasiyasının tarixi, Avropa Birliyinin hüququ, Avropa Birliyi qurumları və qərar qəbul etmə prosesi və Avropanın iqtisadi inteqrasiyası. Proqramda ən az iki il iş təcrübəsi olan, ingilis dilini mükəmməl bilən dövlət qurumlarının əməkdaşları iştirak edə bilərlər. Proqrama daxil olan dörd modulun hər birini uğurla bitirən iştirakçıya ADA tərəfindən sertifikat təqdim olunacaq.

Lazım olan sənədlər və proqram haqqında daha ətraflı məlumat almaq: http://ada.edu.az/academics/executiveedu/631/

Bu proqrama müraciət etmək üçün son tarix: 21 sentyabr, 2012.

Xəbər lenti

Xəbər lenti