...

Ümumdünya Turizm Təşkilatının baş katibi Azərbaycana gəlir

Cəmiyyət Materials 5 Sentyabr 2012 14:20 (UTC +04:00)
Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai bu günaxşam Azərbaycana gələcək.
Ümumdünya Turizm Təşkilatının baş katibi Azərbaycana gəlir

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai bu gün axşam Azərbaycana gələcək.

Mədəniyyət və Turizm Nazirliyindən çərşənbə günü Trend-ə verilən məlumata görə, səfərin məqsədi sentyabrın 6-7-də Bakı şəhərində keçiriləcək "İpək Yolunun tamı: Kulinariya, Mədəniyyət və Turizm" adlı beynəlxalq konfransda iştirak etməkdir.

Taleb Rifainin səfəri sentyabrın 7-də günün II yarısında başa çatacaq. Səfər müddətində baş katibin Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə ikitərəfli görüşü də nəzərdə tutulub. Görüşdə ÜTT ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Qeyd edək ki, Taleb Rifai ötən ilin noyabrında da Azərbaycanda səfərdə olub.

Xəbər lenti

Xəbər lenti