...

Ümumdünya Turizm Agentliyi: Azərbaycanın turizm sahəsi dünya üçün daha da cəlbedici olacaq

Cəmiyyət Materials 7 Sentyabr 2012 14:27 (UTC +04:00)
Azərbaycanın turizm sahəsi dünya üçün daha da cəlbedici olacaq.
Ümumdünya Turizm Agentliyi: Azərbaycanın turizm sahəsi dünya üçün daha da cəlbedici olacaq

Azərbaycan, Bakı, 7 sentyabr /Trend müxbir E.Mehdiyev/

Azərbaycanın turizm sahəsi dünya üçün daha da cəlbedici olacaq. Trend-in məlumatına görə, bu barədə Ümumdünya Turizm Agentliyinin (ÜTA) baş direktoru Taleb Rifai cümə günü keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycan turizm sahəsində inkişaf edən bir ulduzdur.

"Azərbaycan iqtisadiyyatı və turizm sənayesinin inkişafında turistlərin böyük rolu var", - baş direktor deyib.

Rifai qeyd edib ki, "İpək yolu tamı: Kulinariya, Mədəniyyət və Turizm" beynəlxalq konfransının Azərbaycanda keçirilməsi təsadüfü deyildi, çünki Azərbaycan ÜTA üçün olduqca mühüm ölkədir.

Xəbər lenti

Xəbər lenti