...

Ötən ay Azərbaycanda 750 partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib

Cəmiyyət Materials 7 Sentyabr 2012 16:48 (UTC +04:00)
2012-ci ilin avqust ayı ərzində Azərbaycanda 2,590,104 kvadratmetr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.
Ötən ay Azərbaycanda 750 partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

2012-ci ilin avqust ayı ərzində Azərbaycanda 2,590,104 kvadratmetr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, 750 PHS və 1 ədəd piyada və 19 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 200,460,225 kvadrat metr ərazi təmizlənib.
Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 673,452-dir.

2012-ci ilin avqust ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Goranboy, Tərtər və Abşeron rayonu Kirdağ Palçıq Vulkanları ərazisində, eyni zamanda, Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.

Qeyd edək ki, ANAMA ilə Türkiyənin "Sidar Qlobal" şirkəti arasında izmalanmış müqaviləyə əsasən, ANAMA tərəfindən Türkiyənin Diyakbəkir vilayətində keçmiş hərbi poliqonda, dövlət hava meydanlarına məxsus ərazidə partlamamış hərbi sursatlarla çirklənmiş 1,101,492 kvadrat metr ərazi təmizlənib və 16,912 mina və PHS tapılıb.

Qeyd olunan ərazidə hazırda ANAMA-nın Təlim, Tədqiqat və Keyfiyyətə Təminat Qurumu tərəfindən xarici keyfiyyət yoxlamasl aparılır və əməliyyatların 20 sentyabr 2012-ci il tarixdə başa çatdırılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti