...

Azərbaycanın təhsil sistemi rasionallaşdırıla bilər

Cəmiyyət Materials 10 Sentyabr 2012 10:50 (UTC +04:00)
Azərbaycanın bölgələrində orta məktəblərdə müəllim çatışmazlığı problemini həll etmək üçün mütləq təhsil sistemində rasionallaşdırma tədbirləri aparılmalıdır.
Azərbaycanın təhsil sistemi rasionallaşdırıla bilər

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın bölgələrində orta məktəblərdə müəllim çatışmazlığı problemini həll etmək üçün mütləq təhsil sistemində rasionallaşdırma tədbirləri aparılmalıdır. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Misir Mərdanov jurnalistlərə deyib.

Onun sözlərinə görə, artıq 10 ilə yaxındır ki, bu məqsədlə xüsusi dövlət proqramı həyata keçirilir. Proqramın həyata keçirilməsi nəticəsində bu problem, demək olar ki, həll edilə bilib.

"Ancaq yalnız bu istiqamətdə iş aparmaqla problemi həll etmək olmaz. Hökmən təhsil sistemində rasionallaşdırma tədbirləri aparılmalıdır. Mən bu yaxınlarda Qusar və İsmayıllıda konfransda iştirak etdim. Bəlli oldu ki, həmin rayonlarda, eləcə də digər ucqar rayonlarda 9 şagirdi olan 9 illik orta məktəblər var. Belə məktəblərin sayı çoxdur. Belə şəraitdə əlbəttə ki, müəllim təminatı problemi heç vaxt həll olunmayacaq", - nazir əlavə edib.

Mərdanov bu səbəblərlə əlaqədar rasionallaşdırma tədbirlərinin həyata keçirilməsini zəruri sayıb.

Xəbər lenti

Xəbər lenti