...

Azərbaycanda həbsxanaya narkotik vasitələr keçirmək istəyən şəxslər saxlanılıb (FOTO)

Cəmiyyət Materials 10 Sentyabr 2012 16:15 (UTC +04:00)
Penitensiar Xidmətin və Qobustan həbsxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Azərbaycanda həbsxanaya narkotik vasitələr keçirmək istəyən şəxslər saxlanılıb (FOTO)

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

Penitensiar Xidmətin və Qobustan həbsxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bazar ertəsi Trend-ə verilən məlumata görə, 09.09.2012-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan həbsxanasında cəza çəkən 1971-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317.2.1 və 67.1 maddələri ilə təqsirli bilinərək 8 ay 15 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Rezi Sabir oğlu Məmmədovun yanına qısamüddətli görüşə gəlmiş dostları - vətəndaş Anar Cəlal oğlu Dilanov və vətəndaş Elçin Səfər oğlu Ələsgərovun gətirdikləri sovqata baxış keçirilən zaman bir cüt kişi ayaqqabısının daban hissəsindəki oyuqlara yerləşdirilmiş ümumi xalis çəkisi 20,69 qram narkotik vasitə olan "Tiryək" və xalis çəkisi 5,54 qram olan "Marixuana" aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti