...

Yağış və soyuq hava şəraiti İranda zəlzələdən zərər çəkənlərin əsas probleminə çevrilib

Cəmiyyət Materials 12 Sentyabr 2012 18:23 (UTC +04:00)
İranın Şərqi Azərbaycan əyalətində baş vermiş zəlzələdən zərər çəkənlərin əsas problemi yağış və soyuq hava şəraitidir.
Yağış və soyuq hava şəraiti İranda zəlzələdən zərər çəkənlərin əsas probleminə çevrilib

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir T.Cəfərov/

İranın Şərqi Azərbaycan əyalətində baş vermiş zəlzələdən zərər çəkənlərin əsas problemi yağış və soyuq hava şəraitidir. Havaların tez soyuması üzündən zəlzələdən zərər çəkənlər tez bir zamanda sığınacaqlarla təmin olunmalıdır. Trend-in "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Mahmud Müzəffər deyib.

Müzəffər bildirib ki, Vərzəqan, Əhər və Həris şəhərlərinin kəndlərinə ötən gün baxış keçirilib. Mövsümi yağış və soyuq hava şəraiti ilə bağlı zəlzələdən zərər çəkənlər palçıqlı çadırlarda qalmaq məcburiyyətindədirlər.

O, əhalini zəlzələdən zərər çəkmiş bölgələrə sığınacaqlar, konteynerlər və daşınan evlər göndərmək üçün yardıma çağırıb və bildirib ki, zəlzələdən zərər çəkənlərin məskunlaşması üçün tikinti işlərinin davam etdirilməsinə baxmayaraq, soyuq hava şəraiti üzündən onlar tez bir zamanda sığınacaqla təmin olunmalıdır.

Qeyd edək ki, avqustun 11-də İranın Şərqi Azərbaycan əyalətində (əsasən Əhər, Vərzəqan və Həris şəhərlərində) 6,2 bal gücündə baş vermiş zəlzələ nəticəsində 300 nəfər ölüb, təxminən 2500 nəfər xəsarət alıb.

Əyalətdə 538 kənddən 110-u qismən və ya tamamilə dağılıb. Təxminən beş min bina zərər görüb.

Xəbər lenti

Xəbər lenti