...

Bakıda 28 avtonəqliyyat müəssisələrində yoxlamalar aparılıb

Cəmiyyət Materials 13 Sentyabr 2012 13:45 (UTC +04:00)
Bakıda “Təmiz hava” aylığı keçirilib
Bakıda 28 avtonəqliyyat müəssisələrində yoxlamalar aparılıb

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramının icrası ilə əlaqədar ekoloji vəziyyətin yaxşılaşdırılması və nəqliyyat vasitələrinin zərərli tullantılarının qarşısının alınması sahəsində işin səmərəliliyinin artırılması ilə əlaqədar "Təmiz hava" aylığı keçirilib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, "Təmiz hava" aylığı Daxili İşlər, Ekologiya və Təbii Sərvətlər nazirliklərin rəhbərliyinin birgə sərəncamı əsasında təsdiq edilmiş tədbirlər planının tələbinə uyğun olaraq keçirilib.

O, qeyd edib ki, avqust ayı ərzində Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının birgə keçirdiyi tədbirlər nəticəsində 28 avtonəqliyyat müəssisələrində yoxlamalar aparılıb.

Əsədovun sözlərinə görə, aparılan yoxlamalarda avtomobil təsərrüfatı olan müəssisələrdə 581 avtomobilə baxış keçirilib. Nəticədə avtomobillərdən 18-nin mühərrikinin işlənmiş qazlardan zərərli maddələrinin miqdarının normativ həddən artıq olduğu aşkar edilib.

Bölmə rəisi deyib ki, yoxlamanın gedişi zamanı profilaktik işlər aparılaraq 18 ədəd avtomobildən karbon oksidinin miqdarı norma həddinə endirilib. Bundan əlavə atmosfer havasına atılan zərərli maddələrə görə bəzi müəssisə rəhbərliyinə də inzibati protokollar tərtib edilib.

Onun sözlərinə görə, Bakı şəhəri Ekologiya və Təbii Sərvətlər Departamenti ilə Dövlət Yol Polisi əməkdaşları birgə reyd keçirib və mühərriklərin işlənmiş qazlarından karbon oksidi və tüstünün miqdarı yoxlanılan 2623 ədəd avtomoildən 101 ədədində normadan artıq olduğundan inzibati protokollar tərtib edilib.

Xəbər lenti

Xəbər lenti