...

YAP Nizami rayon təşkilatında aztəminatlı ailələrin uşaqlarına məktəb ləvazimatları hədiyyə olunub (FOTO)

Cəmiyyət Materials 14 Sentyabr 2012 16:06 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) Nizami rayon təşkilatının qərargahında yeni dərs ili ilə əlaqədar aztəminatlı ailələrin nümayəndələri ilə görüş keçirilib.
YAP Nizami rayon təşkilatında aztəminatlı ailələrin uşaqlarına məktəb ləvazimatları hədiyyə olunub (FOTO)

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

Yeni Azərbaycan Partiyasının (YAP) Nizami rayon təşkilatının qərargahında yeni dərs ili ilə əlaqədar aztəminatlı ailələrin nümayəndələri ilə görüş keçirilib. YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva qarşıdan gələn 15 sentyabr - Bilik Günü münasibətilə valideynləri və şagirdləri təbrik edib.

O bildirib ki, rayon təşkilatı ənənəvi olaraq hər il 15 sentyabr - Bilik Günü ərəfəsində rayonda yaşayan aztəminatlı ailələrin nümayəndələri ilə görüşür və onların övladlarına məktəb çantası və ləvazimatları hədiyyə edir.

Sədaqət Vəliyeva bu humanitar aksiyanın ulu öndər Heydər Əliyevin tövsiyəsi ilə keçirildiyini bildirib: "Ulu öndərimiz daim imkansız ailələrə kömək etməyi tövsiyə edirdi. Biz bu tövsiyəyə sadiq qalaraq hər zaman belə insanlara diqqət göstərməyi özümüzə borc bilirik".

"YAP daim humanizm mövqeyindən çıxış edərək bu cür tədbirləri gələcəkdə də davam etdirəcək", - deyən millət vəkili arzularını ifadə edərək məktəbin müqəddəs ocaq olduğunu deyib: "Məktəbdə gənc nəslə Vətəni, xalqı, valideynləri sevmək öyrədilir. Çalışın ki, hər biriniz Vətənə layiqli övlad olasınız. Bunun üçün isə yaxşı oxumaq lazımdır".

Valideynlər isə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Mehriban xanım Əliyevaya, eyni zamanda, Yeni Azərbaycan Partiyasına minnətdarlıq ediblər.

Sonda bu il 1-3-cü siniflərə gedəcək 50-dən artıq uşağa məktəb çantası və ləvazimatları hədiyyə olunub.

Xəbər lenti

Xəbər lenti