...

Bakı Şəhəri üzrə Təhsil İdarəsi bütün müəllimləri vahid geyimə keçməyə çağırıb

Cəmiyyət Materials 18 Sentyabr 2012 13:24 (UTC +04:00)
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) bütün orta məktəb müəllimlərini vahid geyim formasına keçməyə çağırır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi bütün müəllimləri vahid geyimə keçməyə çağırıb

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) bütün orta məktəb müəllimlərini vahid geyim formasına keçməyə çağırır.

BŞTİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı çərşənbə axşamı Trend-ə deyib ki, ötən il müəllimlərin də vahid formaya keçməsi ilə bağlı qaldırdıqları təşəbbüsü bəzi məktəblər bəyəniblər. Ötən ildən başlayaraq, bəzi məktəblərin müəllimləri vahid formaya keçib. Bu il isə onların sayı daha da artaraq 10-a yaxınlaşıb.

Bu məktəblərin sayının daha da artmasını arzu etdiklərini deyən Əliqızının sözlərinə görə, vahid müəllim formasına keçən məktəblərin müəllimləri bu təşəbbüsü çox dəyərləndirirlər.

İdarə rəsmisinin sözlərinə görə, Bakının bütün məktəblərinin müəllimlərinin eyni forma geyinməsi hələ mümkün deyil. BŞTİ də bununla bağlı məktəblər qarşısında heç bir şərt qoymur. Çünki hesab edilir ki, müəllimlər kamil və sərbəst insandırlar və geyimləri ilə bağlı özləri qərar verə bilərlər. Amma ayrı-ayrı məktəblər müəllimlərinin vahid formaya keçməsi təşəbbüsünü qaldırdıqda BŞTİ onu dəstəkləyər.

Əliqızı deyib ki, vahid müəllim formasına keçid təhsilin məzmununun, keyifiyyətinin yüksəldilməsinə, məktəblərdə nizam-intizamnın yaxşılaşmasına müsbət təsir göstərir.

"Vahid formanın tətbiqi müəllimlərin büdcəsinə də müsbət təsir göstərər. Onlar artıq işə hansı geyimi geyinmək barədə fikirləşməzlər. Bu, müəllimlər üçün psixoloji baxımdan da xeyirlidir. Müəllimlər özlərini həmin geyimdə şagird qarşısında daha rahat hiss edirlər. Müəllimlər də deyirlər ki, vahid forma geyindikdə şagirdlər özlərini onların qraşısında daha intizamlı aparırlar", - Əliqızı əlavə edib.

Xəbər lenti

Xəbər lenti