...

Azərbaycanda valideynlər tədris prosesini uzaqdan müşahidə edə biləcəklər

Cəmiyyət Materials 18 Sentyabr 2012 17:03 (UTC +04:00)
Təhsil şəbəkəsinə (AzEduNet) qoşulmuş tədris müəssisələrinin şagirdlərinin valideynləri tezliklə siniflərdə quraşdırılan videokameralara birbaşa çıxış əldə edərək tədris prosesini müşahidə etmək imkanına malik olacaqlar.
Azərbaycanda valideynlər tədris prosesini uzaqdan müşahidə edə biləcəklər

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir H.Vəliyev/

Təhsil şəbəkəsinə (AzEduNet) qoşulmuş tədris müəssisələrinin şagirdlərinin valideynləri tezliklə siniflərdə quraşdırılan videokameralara birbaşa çıxış əldə edərək tədris prosesini müşahidə etmək imkanına malik olacaqlar. Bu barədə çərşənbə axşamı Trend-ə AzEduNet şirkətinin direktoru Renat Vitkalov bildirib.

Onun sözlərinə görə, AzEduNet-in tezliklə reallaşdırmağı planlaşdırdığı layihənin təşəbbüskarı təhsil müəssisələri və ibtidai sinif şagirdlərinin valideynləridir.

"Şəbəkəmiz lazımi müdafiə səviyyəsini təmin etməyə qadir olduğundan və onun strukturu yeni xidmətləri asanlıqla tətbiq etməyə imkan verdiyindən valideynlərin öz uşaqlarını müşahidə edə bilmələri üçün təhsil şəbəkəsindən məktəblərdə quraşdırılan kameralara çıxışı təşkil edə bilərik. Layihə pilot rejimdə işə salınacaq. Hazırda müxtəlif növ texniki proqramları seçirik və sınaqdan keçiririk. Bu layihə müəllimlərin tədris səviyyəsinin artırılmasına yardım edəcək və üzvlərinin öz işlərinə daha məsuliyyətli yanaşmaları üçün müəllim heyətinə əlavə dəlil kimi xidmət göstərəcək", - Vitkalov bildirib.

Onun fikrincə, layihənin reallaşdırılması texniki baxımdan xüsusi səy tələb etmir. Buna baxmayaraq, onun işə salınması üçün hüquqi tənzimləmə ilə bağlı məsələlərə baxılması, eləcə də onun Təhsil Nazirliyi ilə razılaşdırılması tələb olunur. Xidmət ödənişli əsasda təqdim ediləcək.

Layihə habelə təhsil müəssisəsinin direktoru tərəfindən video-müşahidə sisteminə çıxışın verilməsini nəzərdə tutur. Yəni direktor, məsələn, bazar günü, yaxud məzuniyyətdə və ya ezamiyyətdə olarkən videokamera vasitəsilə məktəbdə baş verənləri müşahidə edə bilər

"Bu xidmət bizdə məşhur proqram təminatının tətbiqi ilə yüksək səviyyədə qurulub. Biz habelə bu məsələ ilə bağlı Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edirik. Bizim filtrasiyaya cavabdeh olan İnformasiyalaşdırma İdarəsi yanında komissiyanın üzvləri olmağımız faktı bu xidmətə etibar etməyin mümkünlüyündən xəbər verir", - Vitkalov bildirib.

Xəbər lenti

Xəbər lenti