...

Azərbaycanda yeni körpü istifadəyə verilib (FOTO)

Cəmiyyət Materials 20 Sentyabr 2012 11:58 (UTC +04:00)
Trend-in "Azeryolservis" ASC-nin saytına istinadən verdiyi məlumata görə, uzunluğu 73 m, eni 8 m olan əvvəlki körpü 2011-ci ilin may ayında yağan güclü yağışlardan yaranan sel sularının təsirindən qəzalı vəziyyətə düşüb.
Azərbaycanda yeni körpü istifadəyə verilib (FOTO)

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir E.İsmayılov/

Dilman-Xatman avtomobil yolunun 1-ci km-də Ağsu çayı üzərindəki körpünün açılışı olub.

Trend-in "Azeryolservis" ASC-nin saytına istinadən verdiyi məlumata görə, uzunluğu 73 m, eni 8 m olan əvvəlki körpü 2011-ci ilin may ayında yağan güclü yağışlardan yaranan sel sularının təsirindən qəzalı vəziyyətə düşüb.

Problemin aradan qaldırılması üçün Nəqliyyat Nazirliyinin tapşırığına əsasən yeni körpünün tikintisinə 2012-ci ilin aprel ayında başlanıb. Müasir tələblərə cavab verən yeni körpünün uzunluğu 80,2 m, qabariti isə 8 metrdir. Hər tərəfdə eni 1,25 m olmaqla səkilər salınıb.

Körpü Ağsu rayonunun Kalva, Suraxanı, Dilman, Hacman və Xatman kəndlərinin respublika əhəmiyyətli yollarla, həmçinin Ağsu şəhəri ilə nəqliyyat əlaqəsini təmin edir.

Körpünün istifadəyə verilməsi münasibətilə keçirilən tədbirdə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin sədr müavini Şaiq Bilalov, Ağsu rayon İcra Hakimiyyətinin başçısı və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti