...

Kral PR ekspertləri "Bakı PR Təcrübə" adlı tədbirdə çıxış edəcəklər

Cəmiyyət Materials 20 Sentyabr 2012 15:15 (UTC +04:00)
Şahzadə Diananın yeganə şəxsi katibi Patrik Yepson oktyabrın 17-də Azərbaycanda ilk dəfə baş tutacaq olan "Bakı PR Təcrübə" adlı qlobal PR (İctimaiyyətlə Əlaqələr) tədbirdə çıxış edəcək.
Kral PR ekspertləri "Bakı PR Təcrübə" adlı tədbirdə çıxış edəcəklər

Azərbaycan, Bakı, 20 sentyabr /Trend/

Şahzadə Diananın yeganə şəxsi katibi Patrik Yepson oktyabrın 17-də Azərbaycanda ilk dəfə baş tutacaq olan "Bakı PR Təcrübə" adlı qlobal PR (İctimaiyyətlə Əlaqələr) tədbirdə çıxış edəcək.

O, səkkiz il Əlahəzrət Uels Şahzadəsinin ilk və yeganə şəxsi katibi (Qərargah rəisi) olub. Şahzadə Diana üçün işlədiyi zaman onun vəzifəsinə dövlət başçısına qədər bütün səviyyələrdə rəsmilərlə gündəlik əlaqələr daxil idi. O, Diananın ictimai vəzifələrini təşkil edib və onunla birlikdə beş qitədəki təyinatlara səyəhat edərək Baş nazir Marqaret Tetçer, Prezident Corc H.V.Buş, Tereza Ana, Luçiano Pavarotti və Yapon İmperatoru kimi müxtəlif şəxsiyyətlərlə qarşılaşıb. Şahzadə Diananın ölümündən sonra o, yazıçılığa başlayıb və "Şahzadənin kölgələri" adlı ilk kitabı "New York Times" bestselleri olub.

"Mən Azərbaycana səfər etməyi və öz təcrübəmi regional həmkarlarımla bölüşməyi səbirsizliklə gözləyirəm. Şahzadə Diana çox unikal bir brendə malik idi və mən həqiqətən ümid edirəm ki, tədbirdə iştirak edəcək nümayəndələr həmin brendi özləri üçün necə yarada biləcəkləri ilə bağlı xüsusi biliklər əldə edəcəklər", - Patrik Yepson Azərbaycana edəcəyi səfər barədə deyib.

"Bakı PR Təcrübə" tədbirində, həmçinin, Şahzadə Çarlzın sabiq mətbuat katibi, Uilyam və Keytin kral toy mərasiminin rəsmi sözçüsü olan Kolin Harris də iştirak edəcək. Kolin Şahzadə Diananın ölümündən sonra Şahzadə Çarlzın reputasiyasını idarə edirdi və Şahzadə Uilyam və Harrinin ictimai imiclərinə görə cavabdeh idi.

Azərbaycanın ilk qlobal PR tədbirində BBC-nin baş kommunikasiya ekspertinin, Filip Dovharst - "Gazprom"un böhran ekspertinin və "Microsoft", Dubaydan "Jumeirah Group" kimi qlobal bazar liderlərinin PR direktorlarının təqdimatları olacaq.

"Bakı PR Təcrübə" Dubay şirkəti olan "P World" tərəfindən təşkil olunub. Azərbaycan Gənclər Fondu tədbirin əsas iştirakçısıdır. "Synergy Partnership" tədbirin eksklüziv PR partnyorudur. Trend BİA, Biznesinfo.az və "Boutique Baku" tədbirin media partnyorlarıdırlar.

Tədbir haqqında daha ətraflı məlumat almaq üçün zəhmət olmasa bu səhifəyə baş çəkin:

http://www.thepworld.com/experiences/baku-pr-experience.aspx

Xəbər lenti

Xəbər lenti