...

Həftənin ilk iş günü Azərbaycan ərazisində hava küləkli və yağmurlu keçəcək

Cəmiyyət Materials 23 Sentyabr 2012 16:39 (UTC +04:00)
Azərbaycan ərazisində həftənin ilk iş günü hava küləkli və yağmurlu keçəcək.
Həftənin ilk iş günü Azərbaycan ərazisində hava küləkli və yağmurlu keçəcək

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan ərazisində həftənin ilk iş günü hava küləkli və yağmurlu keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bazar günü Trend-ə bildiriblər ki, Bakı və Abşeron yarımadasında havanın temperaturu gündüz 22-24 dərəcə təşkil edəcək. Güclü şimal küləyi əsəcək, kürəyin gücü arabir saniyədə 15-20 metrə çatacaq.

Havanın kəskin pisləşməsi şimal-qərbdən, yəni Qara dəniz rayonlarında və Rusiyanın cənubunda izlənən soyuq atmosfer cəbhəsi Azərbaycan ərazisinə keçməsidir.

Dəyişkən hava şəraiti sentyabrın 25-nə qədər davam edəcək.

Azərbaycanın rayonlarında yağmurlu hava şəraiti hökm sürəcək, bəzi yerlərdə leysan xarakterli olacaq. Havanın temperaturu bəzi yerlərdə 8-10 dərəcə enəcək.

Xəbər lenti

Xəbər lenti