...

MTRŞ özəl telekanala xəbərdarlıq edib

Cəmiyyət Materials 24 Sentyabr 2012 17:30 (UTC +04:00)
Milli Televiziya və Radio Şurası bu gün keçirilən iclasında ANS televiziyasına xəbərdarlıq edib.
MTRŞ özəl telekanala xəbərdarlıq edib

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Milli Televiziya və Radio Şurası bu gün keçirilən iclasında ANS televiziyasına xəbərdarlıq edib.

Şuradan bazar ertəsi Trend-ə verilən məlumata görə, iclasda "ANS Müstəqil Yayım və Media Şirkəti" tərəfindən teleradio yayımı sahəsində qanunvericiliyin tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılıb.

Xəbərdarlıq sentyabrın 21-də saat 17:00-19:00 intervalında ANS televiziyasının efirində yayımlanan "İkinci həyat" verilişi ilə bağlı olub. MTRŞ-nin qərarına əsasən, bu verilişdə "Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi qaydalar"ın 2.7, 2.8-ci bəndlərinin tələbləri pozulub. Buna görə də ANS Müstəqil Yayım və Media Şirkətinə xəbərdarlıq edilib.

Xəbər lenti

Xəbər lenti