...

Ombudsman Ədliyyə Nazirliyinə müraciət edib

Cəmiyyət Materials 25 Sentyabr 2012 15:42 (UTC +04:00)
Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupu tərəfindən Penitensiar Xidmətin 9 saylı cəzaçəkmə müəssisəsinə uzunmüddətli başçəkmə həyata keçirilib.
Ombudsman Ədliyyə Nazirliyinə müraciət edib

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan ombudsmanı Ədliyyə Nazirliyinə müraciət edib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupu tərəfindən Penitensiar Xidmətin 9 saylı cəzaçəkmə müəssisəsinə uzunmüddətli başçəkmə həyata keçirilib.

Başçəkmə zamanı müəssisənin bütün obyektlərinə baxış keçirilib, saxlanma şəraiti və məhkumlara qarşı rəftar araşdırılıb.

Qeyd edilməlidir ki, 9 saylı müəssisədə aparılmış son kadr dəyişikliyindən sonra saxlanma şəraiti təkmilləşdirilib.

Müəssisədə qəbul edilmiş 20-dək məhkum saxlanma şəraitindən, müəssisə əməkdaşlarının onlara qarşı rəftarından şikayət etməyib, aparılan islahatları təqdir ediblər. MPM qrupunun əvvəlki başçəkməsindən sonra müəssisədə yeni hamam tikilib, sanitar qovşaqların sayı 16-dan 40-a çatdırılıb, yataqxanalarda təmir işləri aparılıb, məhkumların asudə vaxtlarını səmərəli keçirmələri üçün lazımi şərait yaradılıb.

Eyni zamanda, məhkumların yaxınları ilə əlaqə saxlamaları üçün nəzərdə tutulmuş telefon xəttinin məhkumların sayına nisbətdə az olduğu, müəssisənin tibb-sanitar hissəsində tibb personalının məhkumların sayına adekvat olmadığı müəyyən edilib.

Başçəkmənin nəticələri ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edilib.

Xəbər lenti

Xəbər lenti