...

Bakıda mağazada bir sıra nöqsanlar aşkar edilib (FOTO)

Cəmiyyət Materials 26 Sentyabr 2012 16:27 (UTC +04:00)
Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Nərimanov prospekti, 66 ünvanda fəaliyyət göstərən fiziki şəxs Ağəli Hüseynova məxsus "Ləziz" nişanlı mağazanın istehsal sexlərində dövlət nəzarəti aparılıb.
Bakıda mağazada bir sıra nöqsanlar aşkar edilib (FOTO)

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Nərimanov prospekti, 66 ünvanda fəaliyyət göstərən fiziki şəxs Ağəli Hüseynova məxsus "Ləziz" nişanlı mağazanın istehsal sexlərində dövlət nəzarəti aparılıb.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, müəssisədə istehsal olunan məhsullar üçün texnoloji təlimat, müəyyən edilmiş qaydada təsdiq olunmuş resepturalar yoxdur. Buna görə də məhsullar vitrinlərdə qeyri-müəyyən müddətədək saxlanılır.

Bundan başqa, istehsal olunan məhsullardan kulinariya məmulatlarının, hazır yeməklərin, göbələk salatının, dovğanın və s. məhsulların uyğunluq və gigiyenik sertifikatları yoxdur. Xammallardan ətin, qaraciyərin baytarlıq və mənşə sənədləri yoxlamaya təqdim edilməyib. Məhsulların saxlanma rejimləri müxtəlif olsa da onlar eyni anbarda və uyğun olmayan şəraitində saxlanılır.

Həmçinin müəyyən edilib ki, müəssisənin istehsal şəraiti qeyri-qənaətbəxşdir. Plovun, isti yeməklərin hazırlandığı yer mövcud sanitariya normalarına cavab vermir.

Aşkar olunmuş nöqsanlarla bağlı müəssisəyə iradnamə və normativ sənədlərin tələblərinə cavab verməyən məhsul istehsalının satışını qadağan edən tələbnamə verilib, inzibati protokol tərtib edilib.

Xəbər lenti

Xəbər lenti