...

Azərbaycan gəncləri Mahaçqalada olublar

Cəmiyyət Materials 27 Sentyabr 2012 00:49 (UTC +04:00)
Rusiya Federasiyasının Dağıstan Respublikası Gənclər Siyasəti üzrə Komitəsinin təşkilatçılığı ilə sentyabrın 18-dən 23-dək Dağıstanın Mahaçqala şəhərində “Kaspi-2012” Gənclərin Beynəlxalq Təhsil Forumu keçirilib.
Azərbaycan gəncləri Mahaçqalada olublar

Azərbaycan, Bakı, 27 sentyabr /Trend/

Rusiya Federasiyasının Dağıstan Respublikası Gənclər Siyasəti üzrə Komitəsinin təşkilatçılığı ilə sentyabrın 18-dən 23-dək Dağıstanın Mahaçqala şəhərində "Kaspi-2012" Gənclərin Beynəlxalq Təhsil Forumu keçirilib. Bu barədə Trend-ə Gənclər və İdman nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Forumda Dağıstan, Rusiyanın Şimali Qafqaz federal dairəsi və digər bölgələrindən, eləcə də, Ukrayna, Qazaxıstan və Azərbaycandan da daxil olmaqla 450-dən artıq gənc iştirak edib.

Forumun keçirilməsində əsas məqsəd gənclərdə mədəniyyətlər və etnik qruplar arası dialoqun inkişafına zəmin yaratmaq, dostluq və əməkdaşlığı möhkəmləndirmək, onları ksenofobiya və ekstremizm meyllərindən uzaqlaşdırmaq istiqamətində profilaktik səyləri gücləndirmək olub.

Forumda ölkəmizi Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti təmsil edib. Tədbir zamanı nümayəndə heyəti üzvləri Dağıstan Respublikasının prezidenti Maqomedsalam Maqomedovla, habelə Dağıstan hökümətinin üzvləri ilə görüşüb, fikir mübadiləsi aparıblar. Nümayəndə heyətinin üzvləri forum çərçivəsində keçirilən tok-şouda, müxtəlif yarışlarda uğurla iştirak edərək diplomlara layiq görülüblər. Forumun işində fəal iştirakına görə Azərbaycan nümayəndə heyətinə diplom təqdim edilib.

Xəbər lenti

Xəbər lenti