...

Əbülfəs Qarayev: Azərbaycanda turizm şirkətləri oktyabrdan elektron qaydada lisenziya almaq üçün müraciət edə bilərlər

Cəmiyyət Materials 28 Sentyabr 2012 12:35 (UTC +04:00)
Azərbaycanda turizm şirkətləri artıq oktyabrdan elektron qaydada lisenziya almaq üçün nazirliyə müraciət edə bilərlər.
Əbülfəs Qarayev: Azərbaycanda turizm şirkətləri oktyabrdan elektron qaydada lisenziya almaq üçün müraciət edə bilərlər

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda turizm şirkətləri atrıq oktyabrdan elektron qaydada lisenziya almaq üçün nazirliyə müraciət edə bilərlər. Trend-in məlumatına görə, bunu cümə günü Bakıda Ümumdünya Turizm Günü ilə bağlı keçirilən konfransda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

Qarayev deyib ki, bu sistem Azərbaycanda korrupsiya ilə mübarizədə vacibdir.

Onun sözlərinə görə, il ərzində yalnız turistlər vizanı internetlə ala biləcəklər.

"Builki yay turizm mövsümündə regionlara gedənlərin sayı artıb. Bu mövsümdə 100 min nəfər mehmanxanalarda yerləşdirilib. Bu, mehmanxanaların nazirliyə təqdim etdiyi rəqəmdir. Mehmanxanalar da nazirliyə tam məlumat vermirlər", - Qarayev əlavə edib.

Xəbər lenti

Xəbər lenti